“Qoy həmişə sülh olsun” mövzusunda tədbir keçirildi

23 avqust 2017

Paylaş:

Avqustun 23-də Hacıqabul rayonunun “Fidanlar” uşaq bağçasında “Qoy həmişə sülh olsun” mövzusunda  tədbir keçirilmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları və  "Fidanlar" uşaq bağçasının 22 nəfər müəllim və uşaq heyəti iştirak etmişdir. Tədbiri açıq elan edən Mərkəzin direktoru Aida İbrahimova uşaqlara sülh haqqında ətraflı məlumat vermişdir.

Mərkəzin sosial iş üzrə mütəxəssisləri  “Qoy həmişə sülh olsun” mövzusu ilə çıxış etmiş və uşaqların vətənpərvərlik ruhunda yetişməsindən, tərbiyələnməsindən bəhs etmişlər. “Fidanlar” uşaq bağçasının müdiri T.Nəhmədova da “Gəlin, birləşərək sülhü qoruyaq” mövzusu ilə çıxış etmişdir. Tədbirin sonunda uşaqlar sülh və vətənpərvərlik mövzusunda şierlər söyləyiblər.