“Sülh günü – sülh quşları” adlı tədbir keçirildi

29 avqust 2017

Paylaş:

29 avqust  tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində “Sülh günü – sülh quşları” adlı tədbir keçirilmişdir.

Tədbirdə 10 nəfər qaçqın, köçkün, aztəminatlı, XQEO uşaq və Mərkəzin işçi heyəti iştirak etmişdir. Tədbiri açıq elan edən Mərkəzin sosial pedaqoqu uşaqları “Sülh günü” münasibətilə təbrik etmiş, onlara sülh və əmin-amanlıq arzulamışdır. O, uşaqlara Sülh gününün dəyərini qiymətləndirməyi, onun əhəmiyyətinin nə qədər böyük olduğunu bilməyi, sülhü qorumağın hər birimizin insanlıq borcu olduğunu vurğulamışdır.

Sonda uşaqlar özlərinin çəkdikləri rəsmləri nümayiş etdiriblər.