“Nagıllar aləminə səyahət” adlı tədbir keçirildi

29 avqust 2017

Paylaş:

29 avqust tarixində Zərdab  Uşaq  və Ailələrə  Dəstək Mərkəzinin  təşkilatçılığı  ilə  uşaqlarda oxuma mədəniyyətini yüksəltmək məqsədi ilə Rayon Mərkəzi  Kitabxanasında  “Nagıllar  aləminə  səyahət”  adlı  tədbir  keçirilmişdir.

Uşaq və Gənclər klubunun üzvlərinin iştirakçılığı ilə təşkil olunan tədbir ekskursiya  xarakteri  daşımışdır. Kitabxananın əməkdaşı Qasımova Nisə Azərbaycan xalqının  mədəniyyəti, incəsənəti, folkloru, unudulmuş milli adət-ənənələri, vətən, torpaq sevgisi, nağıllar aləmi, dilimizin şirinliyi  və s. bu kimi  mövzularla  bağlı  hazırlanmış  stend  və  sərgilərlə uşaqları tanış edərək onları məlumatlandırmışdır. Uşaqların ən çox maraqla  seyr etdikləri isə “Mənim  uşaq  dünyam” adlı xalq nağıllarından ibarət kitabların  toplandığı guşə olmuşdur.