“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirildi

28 avqust 2017

Paylaş:

28 avqust tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə 12-18 yaşdan ibarət olan gənc qızlar iştirak etmişdir. Tədbir iştirakçılarına mövzu haqqında ətraflı məlumat verilmişdir. Reproduktiv sağlamlığın nəsil artımı qabiliyyəti və azad seçim olmasından, ailə planlaşmasının isə tərəflərdən hər birinin nikah üçün sərbəst seçimini təmin etməsindən danışıldı. Ana və körpənin sağlamlığının xoşməramlı və mehriban ailə münasibətlərinin zəmanəti olduğu qeyd edildi.

İştirakçılara erkən nikahların qurbanı olmamaları üçün məsləhət verilmişdir. Qızların bu gün aldıqları savadın gələcəkləri üçün bir qaranti olduğu izah olunmuşdur. Təhsildən yayınma hallarının baş verməməsi üçün müəllim və şagird münasibətlərində balansı qorumaq lazım olduğundan müəllimlərlə də söhbətlər aparılmışdır.

Sonda qızların mövzu haqqında sualları cavablandırılmışdır.