Uşaq üçün film nümayişi təşkil edildi

30 avqust 2017

Paylaş:

30 avqust 2017-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yay tətilinin səmərəli keçirilməsi məqsədilə uşaqlarla birgə Mərkəzdə film nümayişi təşkil edilmişdir.

Film nümayişində xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak etmişdir. Nümayişin sonunda mərkəzin işçiləri yay tətilinin daha səmərəli və maraqlı keçməsi üçün onlarla söhbət aparmış, uşaqların bu mövzuda arzu və təklifləri dinləmişlər. Hər iki tərəfin nümayəndələri bu nümayişin onlarda yaxşı təəssürat, xoş əhval–ruhiyyə yaratdığını, bunun tərbiyəvi əhəmiyyətini qeyd ediblər.