”Beynəlxalq Sülh günü” münasibətilə tədbir

7 sentyabr 2017

Paylaş:

07 sentyabr tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən ”Beynəlxalq Sülh günü” münasibətilə Ağdam rayon Dörd yol bir qəsəbəsində körpələr evinin müəllimləri və uşaqları ilə birlikdə şəhid Tural Məhərrəmovun xatirəsinə çəkilmiş bulağın üzərinə gül-çiçək qoyulmuş və şəhidin göstərdiyi igidlik haqqında məlumat verilmişdir.

Tədbir zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin işçiləri şəhidlərimizin vətən uğrunda öz canlarını quban verdikləri, sülh və azadlıq naminə mərdliklə döyüşdükləri haqqında danışmışlar. Tədbir iştirakçıları arasında dünyada bütün xalqların sülh şəraitində yaşaması, uşaqların dinc şəraitdə böyüyüb təhsil almaları mövzusunda maarifləndirici söhbətlər aparılmışdır. Şəhid Tural Məhərrəmovun ölümündən  sonra dünyaya gələn və atasının adını daşıyan oğlu Tural  da tədbirdə digər uşaqlarla birgə iştirak etmişdir.