Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ilə BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan üzrə Ölkə Direktorunun görüşü olacaq

20 sentyabr 2017

Paylaş:

Azərbaycan Respublikasında BMT-nin Əhali Fondunun qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilib və davam etdirilir. Bu əməkdaşlığın səviyyəsinin daha da yüksəldilməsi məqsədilə 21 sentyabr 2017-ci il tarixində, saat 11:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan üzrə Ölkə Direktoru Karl Kulessanın görüşü baş tutacaq.  

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan Ölkə Direktoru Karl Kulessadan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici  Əlaqələr və Protokol  Xidməti  şöbəsinin müdiri və BMT-nin Azərbaycan üzrə Əhali Fondunun Baş Müşaviri Fərid Babayevin iştirakı nəzərdə tutulur.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılacaq.