Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Vilnüs şəhərinə səfər edib

2 iyul 2015

Paylaş:

2 iyul 2015-ci il tarixində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Vilnüs şəhərində təşkil edilmiş “Qadınların iqtisadi durumunun və liderlik xüsusiyətlərinin gücləndirilməsi üçün qadın sahibkarlığının inkişafı” mövzusunda keçirilmiş konfransda iştirak edib.

Konfransda Almaniya, Moldova, Gürcüstan, Estoniya və Polşadan olan mütəxəssislər və eləcə də Litvanın Sosial Müdafiə və Təhlükəsizlik naziri xanım Algimanta Pabedinskiene, Gender bərabərliyi üzrə baş nazirin müavini Aukse Kontrimiene, Litvanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Nijole Zambaite, Bərabər imkanlar üzrə Ombudsmanı Agneta Lobacevskyte və bir çox qadın təşkilatlarının sədrləri və Litva universitetlərinin professorları iştirak ediblər.

Konfransda çıxış edən Komitənin sədr müavini Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün görülən tədbir və təcrübədən söz açaraq, ölkənin bu sahədə uğurlu siyasətdən danışıb.

Konfransın sonunda interaktiv sessiyalar təşkil olunub və ölkəyə gələn mütəxəssislərlə fikir mübadilələri aparılıb.