“Qadınların əmək hüququ” mövzusunda təlim keçirildi

13 oktyabr 2017

Paylaş:

13 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi” adlı layihə çərçivəsində “Qadınların əmək hüququ” mövzusunda təlim keçirilib. 

Əvvəlcə, təlim iştirakçılarına “Uşağın əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək hüququ və onun təmin olunmasının şərtləri” mövzusunda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında AR Qanunu, AR Əmək Məcəlləsi və onun təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında AR Qanunu, AR Mülki Məcəlləsi, Əhalinin sağlamlığının qorunması haqqında AR Qanunu, “Uşaq əməyinin ən pis formaları” haqqında 1999-cu il Konvensiyası barədə ətraflı məlumat verilib. Təlimin keçirilməsində məqsəd qadınların əmək hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və əhali arasında milli qanunvericilik üzrə maarifləndirmə işinin aparılması olub. 

Təlim iştirakçıları müzakirələr zamanı aktiv iştirak edərək, bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikrini irəli sürüblər. Təlimdə “Mənim əmək hüquqlarım” mövzusunda buklet təlim iştirakçılarına paylanılıb.