Ağdam Uşaq və Ailələrə Dəstək “Həssas təbəqədən olan ailələrin problemlərinin araşdırılması” üçün icma görüşləri keçirdi

6 oktyabr 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri mütəmadi olaraq həssas təbəqədən olan köçkün və xüsusi qayğıya ehtiyacı olan uşaqları olan ailələrlə onların problemlərinin araşdırılması və ehtiyaclarının müəyyənləşdirilməsi üçün görüş keçirir.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi 2-6 oktyabr tarixlərində icmadan olan həssas təbəqədən olan ailələrlə görüşlər keçirdi. Görüşdə iştirak edən ailə üzvləri ilə problemləri araşdırıldı və həlli yolları müzakirə edildi. Uşaqların təhsildən yayınmasının qarşısının alınması, ailəyə daxil olan pul vəsaitinin düzgün xərclənməsi, işsizlik, sağlamlıq imkanları məhdud insanların sosial müdafiəsi yönümündə müəyyən tövsiyyələr verildi.  Mərkəzin könüllüləri kimsəsiz, tənha, ahıl sakinlərə ev-həyət təmizliyi işlərində kömək etdilər, onlara ərzaq alınmasına və maddi cəhətdən imkansız ailənin xüsusi qayğıya ehtiyaclı  uşağını fərdi təhsilə yönləndirilməsinə və məktəbli ləvəzimatı ilə təmin olunmasına dəstək verdilər.