T.Həsənov adına 23 saylı orta məktəbdə “Beynəlxalq hüquqlar çərçivəsində, qadın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirildi

20 oktyabr 2017

Paylaş:

Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya  edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilib. Bunula bağlı 20 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhər Nəsimi rayon T.Həsənov adına 23 saylı orta məktəbdə “Beynəlxalq hüquqlar çərçivəsində, qadın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva , Nəsimi  rayon icra başçısının müavini Gülarə Verdiyeva, AQUPDK-nın və Ombudsman Aparatı Müvəkkilin əməkdaşları, dəvət olunan Bakı şəhər Nasimi rayon orta məktəblərinin direktorları, həmçinin Nəsimi rayon orta məktəblərində təhsildə fərqlənən, idman və musiqi sahəsində xüsusi istedadı olan, həmçinin olimpiada və bilik yarişlarının qalibləri və məcburi köçkün ailələrindən  olan məktəblilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. G.Verdiyeva bildirib ki,  Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.Yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır, onların  tətil günlərinin mənalı, maraqlı, yaddaqalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilib keçirilir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlətimiz tərəfindən uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının , cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi iə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir  və bu istiqamətində görülən işlərdən danışıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqların sağlamlığı və layiqli vətəndaş olmaları üçün həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Agayeva  çıxış edərək bildirib ki, “Uşaq hüquqları aylığı” çərçivəsində keçiriləcək tədbirlər  uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə və uşaqların fəallığına xidmət edir.

Keçirilən tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  bir qrup Nəsimi rayon məktəblərinə  uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştiraklarına görə diplomlar təqdim edilib. Tədbirdə 23 saylı tam orta məkrəbin şagirdlərinin təşkil etdiyi konsertində çıxış edərək öz bacarıq və istedadlarını nümayiş etdiriblər.