“Hüquqlarını bil” adlı maarifləndirmə tədbiri keçirildi

20 oktyabr 2017

Paylaş:

Oktyabrın 20-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Saatlı rayon peşə məktəbində məktəbin şagirdlərinin iştirakı ilə “Hüquqlarını bil” adlı maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirdə iştirakçılara mövzu haqqında məlumat verilmiş və film nümayiş olunmuşdur. Uşaqlara BMT-nin 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası (UHK) və 19 may 1998-ci ildə qəbul olunmuş “Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nu haqqında danışılmış, uşaq hüquqlarının əks olunduğu və ölkəmizin də qoşulduğu UHK maddələri izah edilmiş, Konvensiyada əks olunmuş bütün hüquqların 4 kateqoriyaya bölündüyü,  bu kateqoriyaların yaşamaq hüquqları, müdafiə hüquqları, inkişaf hüquqları və iştirak hüquqlarını əhatə etdiyi bildirilmişdir.