“Ümumdünya Diabet Gününə” həsr olunmuş Dəyirmi Masa keçiriləcək

14 noyabr 2017

Paylaş:

14 noyabr 2017-ci il saat 13.30 da Park İnn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Ümumdünya Diabet Gününə” həsr olunmuş Dəyirmi Masa keçirəcəkdir.

Tədbirdə Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Millət vəkili, Tibb Universitetinin prorektoru və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş endokrinoloqu Rafiq Məmmədhəsənov, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova və BMT-nin Azərbaycan Ofisinin nümayəndəsi Rəşad Hüseynov çıxış edəcəkdir