“Gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində Mingəçevirdə təlim keçirilib

15 noyabr 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə “Gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində Türkiyə Cümhuriyyətinin Başkənt Universitetinin BUKÇAM-ın əməkdaşları professor Ayşə Akın və psixoloq Ezgi Türkçeliyin aparıcılığı ilə təlim keçirilir.

14-17 noyabr 2017-ci il tarixlərində Mingəçevir şəhərində baş tutan təlim gender əsaslı zorakılıq qurbanları ilə işləyən əməkdaşların peşəkar bacarıqlarının artırılmasına həsr olunub. Komitənin, eləcə də onun nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri əməkdaşlarının da iştirak etdiyi təlimdə gender əsaslı zorakılığın əsas səbəbləri, fəsadları, bu sahədə Azərbaycan və dünyada mövcud vəziyyət, qanunvericilik bazası və beynəlxalq hüquqi aktlar barədə ətraflı məlumat verilib.

Təlimdə həmçinin dəstək mərkəzləri əməkdaşlarının qadına qarşı zorakılıqla bağlı əsas iş prinsipləri, standartları haqda geniş məlumat verilib, film və təqdimatlar nümayiş edilib, təlim materialları paylanıb, müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunacaq.