“İnsan Hüquqları günü" aid təlim keçiriləcək

22 noyabr 2017

Paylaş:

1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar, 3 dekabr 2017-ci il tarixində saat 15:00-da Hökumət Evinin konfrans zalında “İnsan Hüquqları günü" adlı təlim keçiriləcək. 

Təlimdə ən əsas 4 mövzu barədə söhbətaçılacaqdır. Bu mövzular: aşağıdakılardır 
1)İnsan hüquqları nədir? 
2)İnsan hüquqlarının tarixi
3)İnsan hüquqlarının institutları 
4)İnsan hüquqları Konvensiyası. 

Təlimdə hüquqşünaslıq, jurnalistika, beynəlxalq münasibətlər, politologiya və s. kimi ixtisaslara malik tələbələr iştirak edəcəkdir.

Təlimin mahiyyəti 3 saat ərzində sadəcə mülahizə demək deyil, dəyirmi masa ətrafında müzakirələr aparmaqdır. Təlimin son hissəsində qrup işləri, fikir mübadiləsi və dəyərləndirmələr aparılacaqdır. Fəal iştirak edən şəxslərə sertifikat veriləcəkdir.