Hicran Hüseynova: “Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu böyükdür”

13 avqust 2015

Paylaş:

13 avqust 2015-ci il tarixində Xəzər rayon mədəniyyət evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində “Milli Fəaiyyət Proqramı”nın, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və “Uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutionalizasiya) və Alternativ Qayğı Dövlət Proqram”ları çərçivəsində “Bizim gücümüz birliyimizdədir” adlı növbəti tədbir keçirilib.

       Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, yerli icra hakimiyyətinin, bələdiyyə və digər strukturların nümayəndələrinın, icmada yaşayan, həssas təbəqədən olan ailələr və uşaqların iştirakı ilə  baş tutub.

Tədbirdə ailələrin, xüsusilə gənclərin milli-mənəvi ruhda tərbiyəsi, sağlam həyat tərzi , insan alverinə qarşı mübarizə, uşaqların müdafiəsi və zorakılqdan müdafiəsi üzrə sistemli preventiv tədbirlərin görülməsi məqsədi ilə icma nümayəndələri məlumatlandırılıb.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailələrdə olan mövcud problemlər, onların həlli ilə bağlı məsələlərə toxunaraq, xüsusilə də dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması yönündə önləyici tədbirlərin, valideynlərin və cəmiyyətin məsuliyyətinin əhəmiyyətini vurğulayıb. Tədbirdə iştirak edən ailələr Hicran Hüseynovaya suallar verib, problemlərlə bağlı qarşılıqlı müzakirələr aparılıb.

         Tədbir müddətində eyni zamanda Şüvəlan qəsəbəsindəki “Şüvəlan Park” ticarət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün əyləncə saatı təşkil edilib, həmçinin ailələrə ehtiyaclarına uyğun məktəb ləvazimatları və digər hədiyyələr və maarifləndirici materiallar paylanılıb.