"Beynəlxalq Əlillər Günü" münasibətilə tədbir keçirildi

1 dekabr 2017

Paylaş:

1992-ci ildə BMT-nin Baş Məclisi 3 dekabr tarixini "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyətin diqqətini əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Əlamətdar gün münasibəti ilə dekabrın 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib. Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində baş tutan tədbirdə Mərkəz xidmətlərindən bəhrələnən, sağlamlıq imkanları məhdud uşaqlar və onların ailə üzvləri, icmadan olan insanlar iştirak edib.

 Tədbirdə çıxış edən Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva və Xəzər arayon İcra Hakimiyyətinin müavini Arif Balayev qonaqları salamlayıb və dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud insanlara göstərilən diqqət, qəbul olunmuş qanunlar barədə qısa məlumat vermib.

Tədbir çərçivəsində həmçinin Şüvəlan UADM-nin əlilliyi olan şəxslərlə görülən iş barədə videorolik izlənib və ehtiyacı olan şəxslərə 3 ədəd əlil arabası və 5 ədəd ortopedik ayaqqabı verilib.