Masallı rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

4 sentyabr 2015

Paylaş:

2013-cü ildən başlayan Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu     davam   edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  4 sentyabr 2015-ci il  tarixdə saat 11:45-də  Masallı rayonu, Heydər Əliyev Mərkəzində   Cəlilabad,  Lənkəran,  Astara, Lerik,  Biləsuvar, Yardımlı, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Tədbirin işıqlandırılması və birgə əməkdaşlıq üçün KİV nümayəndələrini  dəvət edirik.