Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası çərçivəsində Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 saylı orta məktəbdə erkən nikahlara aid tədbir keçirildi

5 dekabr 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 5 dekabr 2017-ci il tarixində Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 saylı  orta məktəbdə 9-11-ci sinif şagirdləri, valideyn və müəllim kollektivinin iştirakı ilə maariflədirici tədbir həyata keçirib.

Tədbir “Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə kampaniyasına həsr olunub.

Tədbirdə Ailə, Qadın və Uşaqları üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Sumqayıt Şəhər Prokurorunun müavini Kamran Mahmudov, AMEA-nın Fəlsəfə, Hüquq, Sosialogiya İnstitunun şöbə müdiri Rəna Mirzəzadə, BDU-nun İlahiyyət fakültəsinin dosenti Səbinə Mirzəyeva, Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova, Sumqayıt  şəhər 7 saylı orta məktəbin direktoru Təranə Haqverdiyeva,  Sumqayıt  şəhər 7 saylı orta məktəbin müəllimi Sona Camalova çıxış edib.

Tədbirdə erkən nikah hallarının aradan qaldırılması,  qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, Komitə tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.

Tədbirdə, eyni zamanda, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə Sumqayıt şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Monitorinq Qrupunun üzvləri də iştirak edib.

Tədbirin sonunda məktəblilərin iştirakı ilə uşaq hüquqlarına aid bədii kompozisiya təqdim olunub  və mövzu ətrafında müzakirələr aparılıb.