Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası çərçivəsində Binəqədi rayonu Mədəniyyət Evində erkən nikahlara aid təlim keçirildi

7 dekabr 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 dekabr 2017-ci il tarixində Bakı şəhəri Binəqədi rayon Mədəniyyət Evində  9-11-ci sinif şagirdləri, valideyn və müəllim kollektivlərinin iştirakı ilə maariflədirici tədbir həyata keçirib.

Tədbir “Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə kampaniyasına həsr olunub.

Tədbirdə Ailə, Qadın və Uşaqları üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,, Binəqədi Rayon İcra Hakmiyyəti başçısının müavini Aygün Əliyeva, AMEA-nın Fəlsəfə, Hüquq, Sosialogiya İnstitunun şöbə müdiri Rəna Mirzəzadə, BDU-nun İlahiyyət fakültəsinin dosenti Səbinə Mirzəyeva çıxış edib.

Tədbirdə erkən nikah hallarının aradan qaldırılması,  qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, Komitə tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.

Tədbirdə eyni zamanda, “gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə Binəqədi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Monitorinq Qrupunun üzvləri iştirak etmiş və öz fikir və təklifləri ilə tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb.