İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Zorakılığa yox deyək” adlı tədbir keçirib

23 dekabr 2017

Paylaş:

İnsan insana  dost, yoldaş, qardaşdır – bir vaxtlar bu cümlə bir məsəl, bir atalar sözü kimi hər kəsin dilində dolaşardı. Və o zamanlar nə televiziyalardan, nə də xəbər portallarından bu qədər çox qan qoxulu xəbərlər eşitməzdik. Təəsüf ki, günümüzdə belə xəbərləri nəinki hər gün, hətta saatbaşı verilən xəbərlərdə də eşidirik. Elə buna görədir ki, son vaxtlar istər dövlət qurumları, istərsə də ictimai təşkilatlar hər cür zorakılıq əleyhinə çox sayda maarifləndirici tədbirlər keçirirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin 23 dekabr 2017-ci tarixində  Gəncə Uşaq kitabxanası keçirdiyi növbəti maarifləndirici tədbirdə də zorakılığa yox deyildi. Mərkəzdən bəhrələnən uşaqların valideynlərinin, İsmayıllı Dövlət Humanitar və texnologiyalar Kollecinin, İsmayıllı şəhər 1 saylı məktəbin şagirdlərinin qatıldığı tədbirdə “gender bərabərliyi iddiası ailəni sarsıdır”, “qızını döyməyən dizini döyər”, “zorakılıq ailə sirridir”, “biz belə görmüşük, belə də olmalıdır”, “qız nədir oxumaq nədir”, “qadına azadlıq vermək qorxuludur”, “karyera quran qadının normal ailəsi ola biməz” və s. bu kimi  məişət zorakılığına səbəb yaradan hallar iştirakçılarla birgə geniş müzakirə olundu.

“Tıq-tıq xanım” tamaşası əsasında zorakılıqla bağlı hazırlanmış səhnəcik  “yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır”  fikrinin nə qədər real olduğunu bir daha göstərdi. Səhnəcik ətrafında müzakirələrdə valideynlər fəallıqları ilə seçildilər.