Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Yeni il şənliyi” keçirildi

26 dekabr 2017

Paylaş:

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi 26 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə rayonun Gənclər Mərkəzində musiqili-əyləncəli tədbir təşkil edilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, risk qruplu ailələrdən olan uşaqlar, onların valideyləri iştirak edib. Tədbirdə şaxta baba, qar qız, klonların çıxışları və fərqli musiqi nömrələri uşaqların böyük sevincinə səbəb olub. Tədbirə dəvət olunmuş qonaqlar iştirakçıların qarşıdan gələn bayramlarını təbrik edərək xatirə şəkilləri çəkdirib.

Sonda uşaqlara yeni il hədiyyələri təqdim edilib.