"Məişət zorakılığına-Erkən nikaha YOX deyək!” adlı maarifləndirmə tədbirləri keçirildi

25 yanvar 2018

Paylaş:

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru 18-22 yanvar 2018-ci il tarixlərində BMT-nin İnkişaf Proqramının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi” layihəsi əsasında yaradılan Sabirabad Qadın Resurs Mərkəzinin təşkil etdiyi “Məişət zorakılığına- Erkən nikaha YOX deyək!” adlı maarifləndirmə tədbirlərində iştirak etmişdir. Maarifləndirmə tədbirləri rayonda ərazisində yerləşən M. Müşfiq adına 4 saylı, H.Z. Tağıyev adına 6 saylı və Qalağayı kənd tam orta məktəblərində baş tutmuşdur. Məktəblərin şagird və müəllim heyətinin iştirakı ilə keçirilən tədbirlərdə məişət zorakığının hər dörd növü və qarşısının alınma yolları, məişət zorakılığının səbəb olduğu erkən nikah və onun fəsadları barədə məlumat verildi. Tədbirlərdə mövzuya dair film nümayiş olunmuş,  ailə münaqişəsi yaradan steriotiplər müzakirə edilmiş, iştirakçıların fikri dinlənilmişdir. Tədbir iştirakçıları arasındakı yaş fərqi müzakirələrin maraqlı keçməsinə səbəb olmuşdur. Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirmə materialları təqdim edilmişdir.