Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuata AÇIQLAMASI

13 fevral 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində məktəblilər arasında baş vermiş və ciddi qınaq obyektinə çevrilmiş hadisədə şagirdlərin yaş hədlərini və psixoloji faktorları nəzərə alaraq, kütləvi informasiya vasitələrindən bu kimi həssas məsələyə məsuliyyətlə yanaşmağı, eyni zamanda, bütün media qurumlarını yetkinlik yaşına çatmayan uşaqlarla bağlı şəxsi məlumatların (ad, soyad, yaşayış yeri və digər məlumatlar) yayımlanmasında diqqətli olmağı xahiş edir.

Baş vermiş hadisə bir daha məktəblərdə psixoloqların fəaliyyətinin nə dərəcədə önəmli olduğunu vurğulamağa əsas verir, valideynlərin yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətdə daha da məsuliyyətli olmasının vacibliyini ortaya çıxardır.  Valideynlərə tövsiyəmiz budur ki, övladlarına nəzarəti daha da artırsınlar, uşaqları ilə mümkün qədər çox ünsiyyətdə olsunlar, eyni zamanda, valideynlər övladlarının davranışlarında hər hansı bir problem aşkar etdikdə, vaxtında psixoloqlara, mütəxəssislərə müraciət etsinlər.