"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" bayramı münasibətilə regional mərkəzlərdə bayram şənlikləri keçirildi

3 января 2019

Поделиться:

31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" bayramı münasibətilə Komitə nəznində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərində möhtəşəm bayram şənlikləri keçirilib.

Tədbirlər icmadan olan uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak edib.  Tədbirdə uşaqlar vətənpərvərliyə, yeni ilə, şaxta babaya həsr olunan şeirlər söyləyib, uşaqların hazırladıqları səhnələr nümayiş olunub. Tədbirin sonunda uşaqlara yeni il sovqatı təqdim olunub.