17 aprel –Hemofiliya Gününə həsr edilmiş tədbir təşkil edilib

17 апреля 2019

Поделиться:

16 aprel 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası və SOCAR Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində 17 aprel –Hemofiliya Gününə həsr edilmiş tədbir təşkil olunmuşdur. Tədbirin birinci hissəsi SOCAR Eko Parkında Assosiasiyanın kiçik yaşlı üzvləri tərəfindən ağacəkmə aksiyasının keçirilməsi ilə başlamışdır. Uşaqlar tərəfindən əkilmiş ağacların qarşısına xatirə lövhəsi vurulmuşdur. Daha sonra tədbirin ikinci hissəsi qapalı məkanda konsert proqramı ilə davam etmişdir. Tədbirdə çıxış edən Assosiasiyanın direktoru Gülnarə Hüseynova və Komitənin əməkdaşı Günel Nağdəliyeva 17 aprel –Hemofiliya Gününün mahiyyətindən, eləcə də, bu istiqamətdə görülmüş işlərdən bəhs etdilər. Sonda tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr paylanıldı.