“15 may - Beynəlxalq Ailə günü”

17 мая 2019

Поделиться:

“15 may - Beynəlxalq Ailə günü”nü Saatlı, İsmayıllı, Ağdam və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərdikləri rayonun sayıb-seçilən ailələri ilə birlikdə qeyd ediblər.

Tədbirlərdə ailə dəyərləri, uzunömürlü, sədaqətli ailənin sirrləri barədə danışılıb, gənclərə, ailə qurmağa hazırlaşan insanlara tövsiyələr verilib.