Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

17 октября 2019

Поделиться:

Prezident İlham Əliyev: "Onu da bildirməliyəm ki, islahatlara qarşı bu gün iqtidarda olan bəziləri də çıxış edirlər. Onların şəxsi maraqlarına bu islahatlar toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik olan kadrları qaralayırlar, o cümlədən mətbuatda və mətbuat bir növ daxili mübarizədə növünə çevrilib.  Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir ki, hökumət üzvləri, bir hökumət üzvləri digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezident onlara tapşırıb, onlara kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik".