Komitə sədri İncəsənət Gimnaziyasının şagirdi Nəzrin Əliyeva ilə görüşüb

11 декабря 2019

Поделиться:

11 dekabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İncəsənət Gimnaziyasının 5-ci sinif şagirdi, rəssamlıq üzrə yerli və beynəlxalq uğurlar qazanmış, xüsusi qayğıya ehtiyacı olan Əliyeva Nəzrin ilə görüşüb.

Komitə sədri Nəzrin Əliyevanı qazandıqları uğurlarına görə təbrik edərək, bu uğurların davamlı olmasının arzu edib. Nəzrin Əliyeva rəssamlıq sahəsində əldə etdiyi nailiyyətlərə görə Komitə tərəfindən mükafatlandırılıb.