2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edilir

11 декабря 2019

Поделиться:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində (bundan sonra – müsabiqə) Azərbaycanda dövlət qeydiyyatından keçmiş və müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-ləri iştirak etməyə dəvət edir.

Şura və Komitə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

 

 

SN

 

Müsabiqə mövzusunun adı

Bir layihə üçün maksimum məbləğ

Maliyyələşməsi nəzərdə tutulan layihə sayı

1.

Ailə dəyərlərinin təbliği və gənc ailələrə

psixoloji yardımın göstərilməsi

8000 (səkkiz min)

manatadək

3-dək layihə

 

2.

Həssas qrupdan olan qadınların və uşaqların hüquqi, psixoloji və sosial cəhətdən dəstəklənməsi

8000 (səkkiz min)

manatadək

 

3-dək layihə

 

3.

Qadınlar üçün innovativ ideyalar üzrə

startap layihələrinin hazırlanması məqsədilə təlimlərin təşkili

8000 (səkkiz min)

manatadək

 

2-dək layihə

 

4.

Gender bərabərliyi və gender əsaslı zorakılığa qarşı mübarizəyə dair təşəbbüslər

8000 (səkkiz min)

manatadək

 

3-dək layihə

5.

Erkən nikah və qeyri-rəsmi nikahlarla

mübarizə üzrə maarifləndirmə işinin təşkili

8000 (səkkiz min)

manatadək

3-dək layihə

 

6.

Məişət zorakılığı və ondan müdafiə mexanizmləri haqqında vətəndaşların maarifləndirilməsi

8000 (səkkiz min) manatadək

 

3-dək layihə

 

7.

Qadınların reproduktiv sağlamlığı və ailə planlaşdırılması ilə bağlı maarifləndirmə işlərinin təşkili

8000 (səkkiz min)

manatadək

 

3-dək layihə

 

8.

Baxımsız və küçə həyatı yaşayan uşaqların sosial reabilitasiyasına dair təşəbbüslər

10000 (on min)

manatadək

 

4-dək layihə

 

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

 

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.

 

Müsdabiqə fondu və maliyyələşəcək layihələrin sayı

  • Müsabiqə fondu 180 000 (yüz səksən min) manat təşkil edir.
  • 24-dək layihənin maliyyələşməsi nəzərdə tutulur.

 

Qeyd:

  • 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

 

Müsabiqə mərhələləri

Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.

  • 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;

Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT- yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.

  • 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra

Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.