Uşaq Səfirlər Məclisinə seçimlərin 3-cü mərhələsi müvəqqəti olaraq dayandırılır

17 марта 2020

Поделиться:

Səfir uşaqların seçilməsi üçün 10 yanvar 2020-ci il tarixində müsabiqəyə start verilib və müsabiqəyə 200 müraciət olunub. Birinci mərhələdə uşaqların göndərdiyi anketlərə, ikinci mərhələdə isə göndərilən video materiallara baxıldı, hər iki mərhələdən uğurla keçən namizədlər növbəti mərhələyə keçid haqqı qazandılar.

12 mart 2020-ci il tarixində 3-cü mərhələyə start  verilərək bir qrup uşaqla müsahibə keçirildi.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində seçimlər müvəqqəti olaraq dayandırılır. Müsabiqənin davam etdirilməsi haqqında Komitənin rəsmi saytında və facebook səhifəsində əlavə məlumat veriləcək.

Səfirlər Məclisi ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün səhifəmizi izləyin.