«Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Saziş»i imzalamaq səlahiyyətinin verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Saziş»i imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilməsi barədə Belarus Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 2 iyun 2010-cu il
№ 948
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2010-cu il, № 6 (156), maddə 509) («LegalActs» LLC).
© «LegalActs» LLC