Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində aparılan islahatların davamı olaraq, idarəetmə strukturunun təkmilləşdirilməsi və onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbayan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3.2. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturu və aparatının işçilərinin say həddini təsdiq etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 6 fevral 2006-cı il
№ 361
«Azərbaycan» qəzetində dərc edilmişdir (7 fevral 2006-cı il, № 26) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2006-cı il, № 2, maddə 78) («LegalActs» LLC).
22 may 2007-ci il tarixli, 577 nömrəli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC