Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı»nın təsdiq edilməsi haqqında
Qərar № 92
Bakı şəhəri, 19 may 2010-cu il
«Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu»nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında» 2007-ci il 14 may tarixli, 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli, 14 nömrəli Fərmanının 39.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2010-cu il, № 5 (155), maddə 470) («LegalActs» LLC).
8 aprel 2013-cü il tarixli, 62 nömrəli Qərara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 19 may tarixli,
92 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı
Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi
Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi
Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi
Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi
Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi
Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi
Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi
© «LegalActs» LLC