Media

İnfoqrafikalar

2023-cü il ərzində 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 302 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıqla (146) bağlı olub.Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb

2023-cü il ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub, 83 mühafizə orderi verilib Daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib və şikayət edənlər zorakılığın bir neçə növünə məruz qalıb. Qeyd edək ki, müraciət edənlərin əksəriyyəti əri (259), keçmiş əri (94) və yaxın qohumu (206), qeyri-rəsmi nikahda olduğu şəxs (37) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 497 nəfəri kişi, 133 nəfəri qadındır

2023-cü ilin ilk 6 ayı ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərində keçirilən "açıq qapı" günlərində ümumilikdə 517 vətəndaş müraciəti qeydə alınıb

Cari ilin ilk 6 ayı ərzində Dövlət Komitəsinə ümumilikdə 1834 müraciət daxil olub. Müraciətlərdə üstünlük təşkil edən mövzu məhkəmə qərarlarının icrası ilə bağlıdır

Cari ilin ilk 3 ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 122 müraciət daxil olub. Bu müraciətlərə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 15 mühafizə orderi verilib. Daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Qeyd edək ki, müraciət edənlərin əksəriyyəti əri (65), keçmiş əri (20) və yaxın qohumu (24) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 106 nəfəri kişi, 21 nəfəri qadındır

Cari ilin ilk 3 ayı ərzində Resurs Mərkəzlərinin fəaliyyətindən 2238 nəfər bəhrələnib

Cari ilin ilk 3 ayı ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 8088 nəfər bəhrələnib

Cari ilin ilk 3 ayı ərzində Dövlət Komitəsinə ümumilikdə 957 müraciət daxil olub. Müraciətlərdə üstünlük təşkil edən mövzu məhkəmə qərarlarının icrası ilə bağlıdır

Cari ilin mart ayında Resurs Mərkəzlərinin fəaliyyətindən 1019 nəfər bəhrələnib