Ailəm könüllüləri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2019-cu ildə “Ailəm könüllüləri” proqramına start verib.

Bu dövr ərzində “Ailəm könüllüləri” proqramında 10 universitetin (Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) 300 nəfərə yaxın tələbəsi iştirak edib. “Ailəm könüllüləri” proqramında iştirak edən gənclər əsasən sosial iş, psixologiya, tərcümə, hüquq və kulturologiya fakültələrinin tələbələridir.

2023-cü ildə “Ailəm könüllüləri” proqramı yeni bir mərhələyə keçib. Belə ki, Dövlət Komitəsinin sədri Bahar Muradovanın 4 oktyabr 2023-cü il tarixli Əmri ilə könüllük proqramının yeni qaydaları təsdiq olunub. Eyni zamanda, 27 sentyabr 2023-cü il  tarixdə Dövlət Komitəsi Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv qəbul olunub.

“Ailəm könüllüləri” Komitə fəaliyyətinə, ölkədə keçirilən beynəlxalq tədbirlərə, o cümlədən konfranslara digər könüllülərlə birgə cəlb olunaraq aktiv iştirak edir,öz ideyaları və layihələrini hazırlayaraq təqdim edirlər. 

2023 – 2024-cü illərdə “Ailəm könüllüləri” Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən keçirilmiş 26 tədbirdə iştirak edərək, Komitəni layiqincə təmsil ediblər.

Proqram ildə 4 dəfə keçirilir və hər birinin müddəti 3 aydır.

Qeyd edək ki, “Ailəm könüllüləri”nin fəaliyyətini onların “Facebook” səhifəsindən də izləyə bilərsiniz. 

 

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydaları