“15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” münasibətilə tədbir keçiriləcək

12 fevral 2019

Paylaş:

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlara bərabər imkanların yaradılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən  biridir.

       “15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü”  münasibətilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Birlik” xeyriyyə təşkilatı Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində müalicə alan onkoloji xəstəlikdən əziyyət çəkən  uşaqlara mənəvi dəstəyin göstərilməsi məqsədilə “Sabun köpükləri”  tamaşasının nümayişini  təşkil edəcək.

       Tədbir 14 fevral 2019-cu il tarixdə saat 14:00 –da Milli Onkologiya Mərkəzində keçiriləcəkdir. Milli Onkologiya Mərkəzində müalicə alan 50 nəfər uşaq üçün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcəkdir.

             Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 79B

             Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq