”ASAN məktub”

12 fevral 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir. Layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Bu dəfə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin köməkliyi ilə aztəminatlı ailələrdən olan 29 uşağın məktubda yazdığı hədiyyələr aidiyyatı üzrə öz sahiblərinə təqdim edilmişdir.