Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirildi

6 mart 2019

Paylaş:

Saatlı və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində Beynəlxalq Qadınlar
Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. GİD CSR Consulting şirkəti, Green
Line psixoloji mərkəzi və Access Bankın dəstəyi ilə təşkil olunmuş tədbirdə həssas
təbəqəqdən olan 50 xanım iştirak etmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan qadınının
böyük inkişaf yolu keçdiyini, analarımızın fədakarlığını, zəhmətkeçliyini məmnunluq hissi
ilə qeyd edərək, müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurlu
fəaliyyət göstərən, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımızın
əməyini yüksək qiymətləndirmişdirlər. Səmimi və qarşılıqlı söhbət mühitində keçən
tədbirin sonunda təşkilatçılar xanımlara xoş arzularını bildirməklə bərabər gətirdikləri
hədiyyələri də təqdim edərək, xatirə şəkli çəkdirmişdirlər.