Zərdabda “Torpaq uğrunda ölən varsa Vətəndir” mövzusunda tədbir keçirildi

5 aprel 2019

Paylaş:

5 aprel 2019-cu il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək
Mərkəzinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə “Torpaq uğrunda ölən varsa Vətəndir” mövzusunda Aprel döyüşləri
ilə bağlı tədbir keçirilib.
Zərdab rayon sakini olan şəhid Nurlan Abdullazadənin məzarı
ziyarət olunub. Ölümünən sonra “Hərbi Xidmətdə fərqlənməyə görə”
3-cü dərəcəli medala layiq görülmüş şəhid gizir Nurlan
Abdullazadənin məzarı başında anılıb. Ziyarətdə Zərdab Uşaq və
Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Zərdab rayon İcra Hakimiyyəti
Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Ramo Hacıyev, o cümlədən müəllimlər, məktəblilər, gənclər
iştirak etdilər. Vətən torpağının müdafiəsi uğrunda canından keçmiş
bütün Azərbaycan şəhidlərinin ruhlarına dualar oxundu, onların keçdiyi
şərəfli döyüş yolundan söhbət açılıb, məzarına gül dəstələri qoyulub.
Daha sonra şəhidin ailəsinə baş salığı vermək üçün ailəsinə səfər
olunub.