“Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlimlər keçirilir

22 aprel 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə 2012-ci ildən başlayaraq, qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramı həyata keçirir.

Cari cari ilin aprel-may ayları ərzində yerli icra hakimiyyətinin, bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində regionlarda və Bakı şəhərinin rayonlarında təlimlər keçirilir.

Hal-hazırda cari ildə Bakı şəhərinin Yasamal, Binəqədi, Qaradağ, Xəzər, Səbail yerli icra hakimiyyətləri və bələdiyyə nümayəndələri üçün təlim keçirilib.

22 Aprel 2019-cu il tarixində Bakı şəhərinin Nizami rayonunda yerli icra hakimiyyəti orqanlarında və bələdiyyələrdə çalışan nümayəndələr üçün təlim keçirilib. Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova tərəfindən tədbirə açılış edilərək qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə rayonda həyata keçirilən tədbirlər haqqında təlim iştirakçılarına məlumat verilib.

Təlimdə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək dövlət qadın siyasəti, qadınların qərarqəbuletmədə təmsilçiliyi, bələdiyyə sistemində qadınlarının fəallığı, gender bərabərliyi, BMT-nin Dayanaqlı İnkişaf Məqsədləri, stereotiplərlə mübarizə və digər mövzular üzrə iştirakçılara məlumat verib.

Təlim çərçivəsində iştirakçılara “Dövlət Qadın Siyasəti” adlı qısametrajlı film nümayiş etdirilib. Filmdə Ulu öndər Heydər Əliyev tərəfindən qadınların idarəetmədə təmsilçiliyinin artırılması məqsədilə qəbul edilmiş qərarlar, Pekin konfransı, qanunvericiliyin təkmilləşdirilməsi, qənc qadınların ölkənin inkişafına töhfəsi və digər məsələlər əks olunub.

Təlimdə dövlət qadın siyasəti, gender bərabərliyi, məişət zorakılığı, qadınların liderlik keyfiyyətləri, qadınların qərarqəbuletmədə təmsilçiliyi və diqər mözular üzrə təlimçi tərəfindən məlumat təqdim edilib. Tədbirdə bələdiyyələrlə yanaşı, QHT-lərin nümayəndələri və ali təhsil ocaqların müəllimləri iştirak edib.

Təlim zamanı  “Qadın Hüquqlarının Müdafiəsi: Beynəlxalq və Milli Aspektlər” və “Liderlik təlimatı” adlı maarifləndirici vəsaitlər kimi istifadə edilir.

Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə cari ilin aprel-may aylarında Bakı şəhərinin Xətai, Suraxanı, Nəsimi, Nərimanov, Sabunçu rayonlarında, Sumqayıt şəhərində, Siyəzən, Pirallahi, Şirvan, Salyan rayonlarında təlimləri davam edəcək.