Zaqatalada Beynəlxalq Ailə günü ilə bağlı “Örnək olacaq ömür” adlı tədbir keçirildi

17 may 2019

Paylaş:

Zaqatala Uşaq və Ailələrə Dəstək mərkəzi  Heydər Əliyev mərkəzində 15 May Beynəlxalq Ailə günü münasibətilə “Örnək olacaq ömür”adlı tədbir keçirilib.

Tədbirdə idarə, təşkilat nümayəndələri və Yengiyan kəndindən olan 50 il birgə ömür sürmüş nümunəvi ailə kimi tanınan Əlixanovlar ailəsi iştirak edib. Əlixanovlar ailəsinin 8 qızı, 2 oğlu və 26 nəvəsi var. Tədbirdə ailə dəyərləri, milli mənəvi dəyərlərlə bağlı, ailənin möhkəmliyinin qorunub saxlanılması ilə bağlı müxtəlif mövzulu çıxışlar edilib. Nümunəvi ailə başçısı Məhəmməd Əlixanov çıxış edərək ailənin qorunması, mehribançılığın təmin olunması üçün ailə fərdlərinin üzərinə düşən vəzifələr barədə iştirakçılar və gənc ailələrlə fikirlərini bölüşüb, tövsiyələr verib.

Sonra nümunəvi ailəyə xalça və xatirə şəkli hədiyyə edilib. Tədbir bədii hissə ilə davam edib.