Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər həyata keçiriblər

11 sentyabr 2019

Paylaş:

BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə 21 sentyabr dünyada “Sülh Günü” kimi qeyd olunur. Əlamətdar gün münasibəti ilə 21 avqust-21 sentyabr ölkəmizdə “Sülh aylığı” kimi qeyd olunur. Bu məqsədlə regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icmadan insanların iştirakı ilə müxtəlif tədbirlər təşkil edilib.

Beləki, Xəzər rayonunda “Sülh aylığı” çərçivəsində Şüvəlan UADM-də və Şağan Mədəniyyət Mərkəzində “Sülh uşaqların gözü ilə” adlı tədbirlər keçirilib. Qəbələ rayonu Heydər Əliyev Mərkəzində “Biz sülhə səsləyirik”, Hacıqabul rayonunda 5-10 yaş arası uşaqlarla “Hüquqlarımızı öyrənək”, Zərdab rayonunda uşaqların Tarix Diyarşünaslıq muzeyinə və Həsən bəy Zərdabinin ev muzeyinə ekskursiyası, Ağdam rayonunda insan hüquqları, İsmayıllı rayonunda “Dünyada sülh olsun” adlı humanizmə səsləyən maarifləndirici görüşlər, Goranboy rayonunda 2 və 3 saylı uşaq bağçalarında, Göygöl rayonunda “Dünyaya sülh” adlı musiqili, “Tolerantlıq ölkəsinə səyahət”, Zaqatala rayonunda Meydan parkında “Uşaqlar sülh istəyir” adlı maarifləndirici silsilə tədbirlər, Saatlı rayonunda gənc və yaşlı nəslin nümayəndələrinin görüşü təşkil edilib.