Ağdam UADM “Beynəlxalq Ahıllar günü” münasibətilə köçkün qəsəbədə ahıllarla bağlı dövlət qayğısı barədə təbliğat görüşləri keçirdi

3 oktyabr 2019

Paylaş:

BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul olunmuşdur. Bu qətnamənin prinsiplərinə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.

Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalamışdır.

Ölkəmizdə də ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.

Ağdam UADM-in əməkdaşları Ağdam rayonunun Birinci və İkinci 4 Yol qəsəbələrində ahıl insanlarla görüş təşkil edərək onlara göstərilən dövlət qayğısı və onların sosial müdafiəsi üçün həyata keçirilən islahatlar barədə söhbətlər aparılıb.

Bildirilib ki, Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibətin bu gün də mövcud olması barədə, pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

“Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatların həyata keçirilməsi, bu islahatların ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verməsi barədə söhbət edilib.

Görüşün sonunda ahıl qadınlarla təkbətək görüş keçirilərək onların problemləri dinlənilib və ehtiyacları qiymətləndirilib.