Zərdabda “Uşaq Hüquqları” aylığı ilə bağlı maarifləndirici tədbir keçirilib

18 noyabr 2019

Paylaş:

Noyabrın 18-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Dəkkəoba kənd M. Əzizbəyov adına tam orta məktəbində “Uşaq Hüquqları” aylığı ilə bağlı maarifləndirici tədbir keçirib. Tədbirdə Zərdab UADM əməkdaşları, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbirdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda tədbirdə çıxış edən şagirdlər hüquq və vəzifələri haqqında fikirlərini bildiriblər.