Sabirabad UADM tərəfindən “Qadına qarşı şiddət və zorakılığa “YOX” deyək!” adlı tədbir keçirilib

25 noyabr 2019

Paylaş:

25 noyabr 2019-cu il tarixdə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Sabirabad Musiqi məktəbində “Qadına qarşı şiddət və zorakılığa “yox” deyək!” adlı tədbir keçirilib.

Tədbir iştirakçılarına mövzu haqqında məlumat verilib, qadınların və qızların kişilərlə müqayisədə daha çox gender zəminli zorakılıq riskinə məruz qaldıqları, məişət zorakılığından qadınların daha çox zərər çəkdikləri və uşaqların ailədə zorakılığa şahidlik etmə halları daxil olmaqla zorakılığının bütün növlərindən ətraflı məlumatlandırılıb, qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair maarifləndirici məlumatlar verilib.