"Bilik günü" münasibəti ilə tədbirlər keçirilib

15 sentyabr 2020

Paylaş:

14-15 sentyabr 2020-ci il tarixində Sabirabad və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə “Bilik günü”nə həsr olunmuş “Təhsil bizim gələcəyimizdir!” adlı tədbir keçirilib.

Sabirabad rayonunda təşkil olunan tədbirdə həssas təbəqədən olan ailələr iştirak ediblər. Tədbir zamanı mərkəzin direktoru və əməkdaşları yeni dərs ilinin başlanması münasibətilə uşaqları təbrik edərək onlara uğurlar arzulayıblar. Yekunda Sabirabad UADM-nin dəstəyi ilə uşaqlara məktəbli çantası və məktəb ləvazimatları təqdim edilib.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən karantin qaydalarına riayət edilməklə risk qrupuna aid olan ailələrə ziyarət təşkil olunub. Ailələrin sosial vəziyyəti nəzərə alınaraq onlara dəstək olmaq məqsədi ilə 50 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli çantaları və məktəb ləvazimatları paylanılıb.