Növbəti könüllü ailə Cəfərovlar ailəsidir

24 sentyabr 2020

Paylaş:

Komitənin təşəbbüsü ilə həyata keçirilən “Ailə könüllüləri” layihəsi davam etdirilir. Layihə çərçivəsində könüllülərimiz müxtəlif ailələri ziyarət edərək, onlara dəstək olmağa çalışırlar.

Neftçala rayonunda yaşayan  Cəfərovlar ailəsindən Nurlana xanım  aztəminatlı Fətullayevlər ailəsini ziyarət edib. Nurlana xanım ailənin problemləri ilə maraqlanıb və onların həllində köməklik göstərib. Ailəylə söhbət çay süfrəsi ətrafında davam edib.