Sağlam həyat tərzinin təbliği mövzusunda onlayn tədbir keçirilib

22 yanvar 2021

Paylaş:

22.01.2021-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Sağlamlıq gözəllilkdir" adlı onlayn görüş keçirilib.

Görüşdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisləri, mərkəz könüllüləri, benefsiarlar iştirak ediblər.

Görüş zamanı zərərli vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili haqqında danışılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara elektron bukletlər göndərilib.