Beynəlxalq Ailə Günü ərəfəsində ailələrlə görüş keçirilib

15 may 2021

Paylaş:

Zərdab və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən milli – mənəvi, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması məqsədi ilə uzunömürlü və çoxuşaqlı ailələrə səfər edilib.  

Şüvəlanda yaşayan Füzuli rayonu Merdinli kənd sakinləri uzunömürlü və nümunəvi İsayevlər ailəsinin 82 yaşlı ağbirçəyi İsayeva Natella xanım 6 övladı, 15 nəvəsi və 10 nəticəsi olduğunu bildirib və qeyd edib ki, övladlarını boya-başa çatdırmaq, onları oxutmaq, ailə sahibi etmək hər bir valideynin arzusudur və özü bu arzuya çatdığı üçün çox xoşbəxtdir. Hər zaman övladlarına, nəvələrinə, nəticələrinə də dediyi sözlərdə, öyüd- nəsihətlərində ailələrində, həyatlarında səbrli olmaqlarını tövsiyə edib. Həmçinin səfər zamanı ailənin çoxsaylı  övladlarının əhatəsində xoş xatirələrdən söhbət açılıb.

Daha sonra Zərdab rayonundan olan, üçəm övladları dünyaya gələn Əliyevlər ailəsinə səfər edilib. Mərkəz əməkdaşları ailəni bu münasibətlə  təbrik edərək, uşaqların sağlam, Vətənə və valideynlərinə xeyirli övlad kimi yetişmələri ilə bağlı arzularını çatdırıblar.

Sonda ailələrə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.